00:00:00
Yazar
Admin User
16.06.2023 17:30 484 1 dəq oxuma
İdman

İsveçrə velosiped yarışında gözlənilməz qəza!

İsveçrə velosiped yarışında gözlənilməz qəza!

İsveçrə Velosiped Turunda Bəhreyn Viktoryəs komandası üçün yarışan Gino Mader beşinci mərhələdə qəza keçirərək 26 yaşında dünyasını dəyişib.


İnformator.az xarici mediaya istinadən xəbər verir ki, sözügedən komandanın internet saytındakı açıqlamada dünən turun beşinci mərhələsində keçirdiyi qəzadan sonra ağır yaralanan isveçrəli velosipedçi Maderin aparıldığı xəstəxanada dünyasını dəyişdiyi bildirilib.

 

Albula dağ aşırımında yüksək sürətlə eniş zamanı qəzaya uğrayan Mader hərəkətsiz vəziyyətdə yatdığı gölməçədə tapılıb. Qəza yerində ilkin tibbi yardımla həyata qaytarılan Mader daha sonra xəstəxanaya aparılıb.

 

Qeyd edək ki, Mader 2021-ci ildə İspaniya Turunda ən yaxşı gənc velosipedçiyə verilən ağ forma qazanıb. İsveçrəli velosipedçi elə həmin il İtaliya Turunda mərhələ qalibi oldu.

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər