00:00:00
Yazar
Güllər Gülhüseynova
15.02.2026 09:41 5 1 dəq oxuma
Dünya

İsveçrə XİN Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarını təsdiqləyib

İsveçrə XİN Cenevrədə keçiriləcək ABŞ-İran danışıqlarını təsdiqləyib

Oman gələn həftə ABŞ və İran arasında Cenevrədə danışıqlar təşkil edəcək.

 

"İnformator.az" xəbər verir ki, bunu İsveçrə Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Pyer Qobe açıqlayıb.

 

"İsveçrə XİN tərəflərlə əlaqələr saxlayıb və münaqişənin gərginliyini azaltmağa yönəlmiş istənilən diplomatik təşəbbüsü dəstəkləməyə hazır olduğunu bir daha bəyan edib. Bu kontekstdə XİN təsdiqləyir ki, Oman gələn həftə Cenevrədə ABŞ və İran arasında danışıqlar keçirəcək", - Qobe qeyd edib.

 

O vurğulayıb ki, konfederasiya bu danışıqları alqışlayır və dəstəkləyir.

 

Onun sözlərinə görə, İsveçrə Vaşinqton və Tehran arasında dialoqa kömək etmək üçün istənilən vaxt öz xoşməramlı xidmətlərini təklif etməyə hazırdır.

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər