00:00:00
Yazar
Admin User
04.01.2026 08:40 72 1 dəq oxuma
Dünya

İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib

İsveçrədə Kran-Montanadakı yanğında ölənlərlə bağlı milli matəm elan edilib

İsveçrə hakimiyyəti 9 yanvar tarixini Kran-Montana kurortundakı barda baş verən və 40 nəfərin həyatına son qoyan yanğından sonra milli matəm günü elan etməyi planlaşdırır.

 

“İnformator.az”ın məlumatına görə, bu barədə konfederasiya prezidenti Gi Parmelin “Tages-Anzeiger” qəzetinə müsahibəsində bildirib.

 

“9 yanvar tarixində federal hakimiyyət İsveçrə kilsələri ilə birlikdə milli matəm günü keçirməyi planlaşdırır”, – deyə o vurğulayıb.

 

Prezident həmin gün nəzərdə tutulan xatirə mərasimində iştirak etməyi də planlaşdırır.

 

“Milli həmrəyliyin başqa bir nişanəsi olaraq saat 14:00-da Kran-Montanadakı matəm mərasiminin başlanğıcında bütün İsveçrə kilsələrində zənglər çalınacaq. Bundan əlavə, həmin vaxt ölkə üzrə bir dəqiqəlik sükut elan ediləcək”, – Parmelin əlavə edib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər