İsveçrənin cənubundakı xizək kurortunda yanğın
Rəsmilərin bildirdiyinə görə, İsveçrənin cənubunda yerləşən bir xizək kurortunda baş verən yanğın nəticəsində onlarla insanın öldüyü güman edilir, 100-dən çox şəxs isə xəsarət alıb.
Polisin məlumatına əsasən, Yeni il gecəsi baş verən yanğında müxtəlif ölkələrin vətəndaşları ola bilər. Hadisə yerli vaxtla saat 01:30-da (GMT ilə 00:30) Crans-Montana kurortunda yerləşən “Le Constellation” adlı barda baş verib.
Bölgənin baş prokuroru bildirib ki, hadisə yanğın kimi araşdırılır və bunun hər hansı hücumla əlaqəsi yoxdur.
BBC NEWS
Banu Məmmədova
