00:00:00
Yazar
Ayşən Səlimova
26.03.2026 20:03 22 2 dəq oxuma
Dünya

İtaliya ilə aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənir

İtaliya ilə aqrar sahədə əməkdaşlıq əlaqələri genişlənir

İki ölkə arasında kənd təsərrüfatı sahəsində gələcəkdə ikitərəfli əməkdaşlıq əlaqələrinin daha da inkişaf etdirilməsində, kənd təsərrüfatı və ərzaq məhsullarının ticarət dövriyyəsinin artırılmasında maraqlı olduqlarını ifadə ediblər.

 

 

Mövzu ilə bağlı iqtisadçı ekspert Elçin Rəşidov "İnformator.az"a açıqlamasında bildirib ki, Azərbaycanda İtaliya ilə xüsusilə kənd təsərrüfatı sahəsində müəyyən əməkdaşlıq nümunələri mövcuddur:

 

 

 

"İki ölkə arasında əməkdaşlığın genişləndirilməsinə maraq ifadə olunsa da, bu kimi bəyanatlar daha çox formal xarakter daşıyır. Təcrübə göstərir ki, memorandumlar, görüşlər və tədbirlər əksər hallarda real nəticələrdən çox protokol səviyyəsində qalır. Azərbaycanda İtaliya ilə xüsusilə, kənd təsərrüfatı sahəsində müəyyən əməkdaşlıq nümunələri mövcuddur. Lakin bu əlaqələr genişmiqyaslı deyil və dövlət səviyyəsində strateji təsir yaratmır. Əsas prioritet Avropa İttifaqı bazarına çıxışın təmin olunmasıdır. Bu baxımdan, ayrı-ayrı ölkələrlə deyil, ümumilikdə Avropa İttifaqının tələblərinə uyğunlaşmaq vacibdir. Xüsusilə, qida təhlükəsizliyi standartlarının tətbiqi və fermerlərin sertifikatlaşdırılması əsas şərtlər sırasındadır".

 

Ekspert qeyd edib ki, mövcud əməkdaşlıq təşəbbüslərində isə şəffaflıq və konkretlik çatışmazlığı müşahidə olunur:

 

" Bir çox hallarda layihələrin dəqiq planı, büdcəsi, icra müddəti və hesabatlılıq mexanizmləri olmur. Nəticədə görülən işlərin effektivliyi ölçülmür və real iqtisadi fayda ortaya çıxmır. Bu proseslərdə əsasən dövlət qurumlarının iştirak etməsi, biznes subyektlərinin isə kənarda qalması diqqət çəkir. Belə yanaşma uzunmüddətli perspektivdə iqtisadiyyata müsbət təsir göstərmir. Əksinə, müəyyən qrupların maraqlarına xidmət edən, lakin ümumi iqtisadi inkişafı dəstəkləməyən fəaliyyətlərə gətirib çıxara bilər. Əməkdaşlığın konkret nəticələri, sahibkarlar üçün yaradacağı imkanlar və ixrac potensialına təsiri barədə aydın məlumatların olmaması da bu qənaəti gücləndirir. Nəticə etibarilə, kənd təsərrüfatı ixracının artırılması üçün əsas diqqət Avropa İttifaqı ilə sistemli və standartlara əsaslanan əməkdaşlığa yönəldilməlidir. Əks halda, formal xarakterli təşəbbüslər iqtisadi səmərədən çox, dolayı zərərlə nəticələnə bilər".

 

 

Səmayə Səftərova

#Dünya
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər