İTV-nin baş direktoru seçilib
İctimai Televiziya və Radio Yayımları Şirkətinin (İTV) yeni baş direktoru müəyyən olub.
"İnformator.az" xəbər verir ki, Yayım Şurasının 8 üzvünün yekdil səsverməsi ilə İTV-nin baş direktoru Balakişi Qasımov yenidən İctimai Televiziya və Radio Yayımları Şirkətinin baş direktoru seçilib.
İTV-nin baş direktoru bu gün Audiovizual Şurada keçirilən İctimai TV və Radio Yayımları Şirkəti Yayım Şurasının iclasında səsvermə yolu ilə seçilib.
Qeyd edək ki, Balakişi Qasımov 2018-ci ildə də Yayım Şurasının üzvlərinin səsverməsi nəticəsində İTV-nin baş direktoru seçilib.