00:00:00
Yazar
Admin User
24.10.2025 19:52 158 1 dəq oxuma
İdman

İvan Yaremçuk Azərbaycanın oyunundan öncə saxlanılıb

İvan Yaremçuk Azərbaycanın oyunundan öncə saxlanılıb

Kiyev "Dinamo"sunun keçmiş futbolçusu İvan Yaremçuk Krakov hava limanında saxlanılıb.

 

"İnformator.az" "Oxu.az"a istinadən xəbər verir ki, bu barədə idmançının qardaşı Mixail Yaremçuk məlumat verib.

 

Onun sözlərinə gərə, futbolçu Polşada Azərbaycan yığmasının oyunundan bir neçə gün əvvəl saxlanılıb:

 

"İvan oktyabrın 10-da, Ukrayna və Azərbaycan milli komandalarının oyunundan əvvəl Belçikadan Polşaya yollanıb. Qardaşım Krakov hava limanında gözlənilmədən polis həbs edib. Onun işinə Krakov məhkəməsində baxılacaq. Qardaşımın konkret nədə ittiham olunduğunu bilmirik".

 

Qeyd edək ki, 63 yaşlı İvan Yaremçuk Kiyev "Dinamo"su ilə üçqat SSRİ çempionu və kubokunun qalibi olub. O, 1988-ci ildə UEFA Kuboklar Kubokunu qazanıb. Keçmiş SSRİ yığmasının heyətində 18 oyun keçirib, 3 qol vurub. 1986 və 1990-cı illərdə dünya çempionatının final mərhələsində çıxış edib.

 

Xatırladaq ki, okyabrın 13-də DÇ-2026-nın seçmə oyunları çərçivəsində Azərbaycan yığması Krakovda Ukrayna millisi ilə qarşılaşıb. Nominal meydan sahibləri sayılan Ukrayna seçməsi həmin qarşılaşmada 2:1 hesabı ilə qələbə qazanıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər