“Gürcüstanın sabiq baş naziri, hakim “Gürcü Arzusu” partiyasının fəxri lideri Bidzina İvanişvili vaxtilə siyasi məqsədlər üçün Rusiyadan 2 milyard dollar alıb”.

 

"İnformator.az" xəbər verir ki, bunu sosial mediada Gürcüstanın sabiq prezidenti Mixeil Saakaşvili yazıb.


“İvanişvilinin 2012-ci ildə Rusiya Federasiya Şurasının sədri Matviyenkonun Rusiya vətəndaşı olan oğlundan Gürcüstan siyasətinə yatırmaq üçün 2 milyard dollar almasını unutmuşuqmu? Yoxsa tərəfdarları üçün bunu xatırlamaq narahatlıq yaradır, siyasətdə kimin pulu hesabına yüksəldiklərini xatırlamaq istəmirlər?”, - o bildirib.