İXTİSAS SEÇİMİ BAŞA ÇATDI
Tələbə olmaq istəyən abituriyentlərin ixtisas seçimi başa çatıb. Avqustun 16-dan başlayan seçim avqustun 28-i gecə saat 12-də bitib. Ərizəsini təsdilədənlər arasında 1-ci ixtisas qrupunun abituriyentləri çoxluq təşkil edir. Hətta hansı ixtisaslara üstünlük verildiyi də məlumdur.
Ali təhsil müəssisələrinin bakalavriat səviyyəsinə qəbul olmaq üçün düzgün ixtisas seçimi abituriyentlərin topladığı bal qədər əhəmiyyətllidir. Ən çox ərizə 1ci ixtisas qrup, ən az ərizə isə 4-cü ixtisas qrupu üzrədir. DİM-in Mətbuatla iş və elektron kommunikasiya şöbəsinin müdiri Xanlar Xanlarzadə bu il abituriyentlərin tələbə adını qazanmaq şansının daha yüksək olduğunu bildirib. “Ali təhsil müəssisələrinə plan yerləri bu il rekord dərəcədə artıb. 5 ixtisas qrupu üzrə 55907 plan yeri artırılıb. Bu il ötən ilə müqayisədə xeyli artıb. Ümumiyyətlə, son illər biz tendensiyaya baxsaq, hər il plan yerlərinin artırıldığını müşahidə edə bilərik. Ödənişsiz yerlərin də sayı bu il ötən illə müqayisədə çoxdur. Təqribən qəbul olan 2 tələbənin 1-i dövlət sifarişi üzrə oxuyur”.
Abituriyentər seçim zamanı bəzi ixtisaslara daha çox üstünlük veriblər. Belə ki, 1-ci ixtisas qrupu üzrə kompüter mühəndisliyi, informatika və İKT, 3-cü ixtisas qrupu üzrə isə regionşünaslıq və beynəlxalq münasibətlər ixtisası daha çox seçilib. Ekspertlər hesab edirlər ki, bu həmin ixtisaslarda keçid balının aşağı olması ilə əlaqəlidir. Bu il qruplara əlavə edilən yeni ixtisaslar üzrə də seçim olub. Təhsil eksperti Elçin Murdın sözlərinə görə, xüsusilə 1-ci ixtisas qrupunda yeni ixtisaslar çoxdur. Meliorasiya, yerin quruluşu, torpaqşünaslıq və. s ixtisaslar artırılıb. 2- ci ixtisas qrupu üzrə logistika sahəsi üzrə beynəlxalq logistika ixtisası artırılıb”. Müsabiqənin nəticələri 3-4 gün ərzində elan ediləcək. Qeyd edək ki, ötən illə müqayisədə bu il daha çox abituriyent müsabiqəyə qatılıb.
