00:00:00
Yazar
Səkinəbəyim Cəfərova
19.08.2026 23:35 13 1 dəq oxuma
Sosial

İXTİSAS SEÇİMİNƏ SON SAATLAR QALIB -HANSI İXTİSASLARDA BAL ARTIMI MÜŞAHİDƏ EDİLƏCƏK?

İXTİSAS SEÇİMİNƏ SON SAATLAR QALIB -HANSI İXTİSASLARDA BAL ARTIMI MÜŞAHİDƏ EDİLƏCƏK?

İxtisas seçiminin başa çatmasına son saatlar qalıb. Ərizəsini təsdiqləməyib seçimi  bu günə saxlayanlardan biri də Rəsuldur.


RƏSUL QULİYEV- ABİTURİYENT 
"Həyəcanlı gündür mənim üçün.Bu günə saxlamağımın əsas səbəbi iki ixtisas arasında qalmağımdır.İnformasiya texnologiyaları ilə təhlükəsizlik arasında.İnşAllah ki bu gün seçimimi tamamlayacam".

600 bal toplayan Rəsul deyir ki,onun üçün əsas məsələ seçəcəyi ixtisasın perspektivli olmasıdır.

Bəs yüksək bal toplayan abituriyentlər hansı ixtisası seçiblər?


SORĞULAR
-500 üstü bal toplamışam.Bakı Dövlətin Azərbaycan dili ədəbiyyat müəllimliyi üzrə  ixtisas seçimi etmişəm.
-630 bal yığmışam.Bütün universitetlərinin  hüquq fakültəsi üzrə yazmışam


Rəsul da artıq seçimlərini  dəqiqləşdirdi.İlk yerə isə ADA universitetində komputer elmləri ixtisasını yazdı.


81 mindən çox abituriyent seçim üçün ərizəsini təsdiqləyib.Onlardan biri də Rəsul oldu.İndi isə bir sual yaranır bu il hansı ixtisasların balında artım müşahidə olunacaq? 

AFƏRİM SEYİDOVA-TƏHSİL EKSPERTİ


"Üçüncü qrupda TC altqrupunda regionşünaslıq ixtisasında rəqabətli bir hal gözlüyürük, eyni zamanda birinci qrupun riyaziyyat-kimya alt qrupundaSTİK Qarabağ Universitetinin ibtidai sinif müəllimliyi ixtisasında, hədsiz artım olacaq.Azərbaycan dili müəllimliyi, tarix müəllimliyi kimi ixtisaslarda, dövlət universitetlərində bal artımını olmayacağını, stabil qalacağını, çox az, beş-altı bal arasında dəyişəcəyini gözləyirik.


Seçimlərin bitməsinə  bir neçə saat qalıb.Xatırladaq ki, müsabiqədə yalnız ərizəsini təsdiqləyən abituriyentlər iştirak edə biləcəklər.


SƏKİNƏBƏYİM CƏFƏROVA,SƏDRƏDDİN MİRZƏYEV AZTV XƏBƏR  

 

#son #gündəm #-hansi #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər