İxtisas seçiminin 2-ci turuna neçə yer qalıb?
İnformator.az-ın budəfəki müsahibi Təhsil Eksperti İlqar Orucovdur. Ekspert 2-ci tur üçün ixtisas qrupları üzrə boş qalan yerlər haqqında danışıb.
- 2-ci tur üçün ixtisas qrupları üzrə boş yerlərdə vəziyyət nə yerdədir?
Dünən imtahanların nəticələri məlum oldu. Tələbə adını qazanmış bütün abituriyentləri təbrik edirəm. 2-ci tura sentyabrın 4-dən start veriləcək. Dövlət sifarişi əsasında 2-ci və 3-cü qruplara artıq bütün yerlər tutulub. 1-ci qrupda dövlət sifarişli yerlərdə 1054 boş yer var. 4-cü qrupda 300 boş yer var. 5-ci qrupda 35 boş yer var. Ümumilikdə, 5 qrup üzrə 1389 yer var. 2-ci və 3-cü qrup üzrə ödənişli xeyli boş yer mövcuddur. 1-ci, 4-cü, 5-ci qruplarda həm dövlət sifarişli əsaslarla, həm də ödənişli əsaslarla boş yerlər uğrunda mübarizə gedəcək. 2-ci, 3-cü qruplarda isə dövlət sifarişində yox, yalnız ödənişli əsaslar üçün boş yerlərə mübarizə gedəcək. Biz görürük ki, əvvəlki illərlə müqayisədə ballarda enmə var. Hesab edirəm ki, boş yerlərin böyük əksəriyyəti tutulacaq.
Sayad Qoşnalıyeva
