00:00:00
Yazar
Admin User
08.01.2026 05:42 73 1 dəq oxuma
Dünya

İzmirdə 10 qanunsuz miqrant və üç insan alverçisi saxlanılıb

İzmirdə 10 qanunsuz miqrant və üç insan alverçisi saxlanılıb

Türkiyənin İzmir vilayətinin Foça rayonunda on qanunsuz miqrant və insan alveri llə məşğul olmaqda şübhəli bilinən 3 nəfər saxlanılıb.

 

"İnformator.az" xəbər verir ki, bu barədə Sahil Mühafizəsi Komandanlığı məlumat yayıb.

 

Qeyd edilir ki, qanunsuz miqrantlar quruda sahil mühafizəsinin əməkdaşları tərəfindən aşkar edilib. Onlar Sahil Mühafizəsinin Qaçaqmalçılıq və Mütəşəkkil Cinayətkarlıqla mübarizə qrupu və Foça rayon Jandarm Komandanlığının əməkdaşları tərəfindən saxlanılıb.

 

Qanunsuz miqrantlar Vilayətin Miqrasiya İdarəsinə göndəriliblər. Şübhəli şəxslər jandarmaya aparılıb.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər