Jordi Trias “Barça”ya qayıdır
Keçmiş “Barça” mərkəz oyunçusu Jordi Trias klubun basketbol bölməsində həm idman, həm də institusional sahələrdə dəstək vermək üçün yenidən komandaya qoşulub. 44 yaşlı Trias 2017-ci ildə klubu tərk etmiş, son olaraq “Barça B”də gənclərlə çalışıb.
Karyerası boyunca “Joventut”, “Manresa” və “Girona”da da çıxış edən Trias, “Barça” ilə ACB Liqası, Avroliqa, iki Kral Kuboku və iki Superkubok qazanıb. Trias bildirib: “Barçada olmaq mənim üçün bir xəyaldır. Klubda olmasam da, həmişə onun bir parçası olduğumu hiss edirəm”. Basketbol bölməsinin rəhbəri Josep Cubells isə Triasın gəlişini belə dəyərləndirib: “O, həm idman, həm də institusional tərəfdə böyük töhfə verəcək. Jordi klubu mükəmməl tanıyır və onun qayıdışı bizim üçün əsl gücləndirmədir”.
Barcelona TV
Nazim Xeyrxəbərli
