Juninyo niyə “Qarabağ”a qayıtmayıb?
"Bizim Juninyonu geri qaytarmağımız real görünmürdü. Ona görə də bununla bağlı ciddi söhbətimiz olmayıb".
"İnformator.az" xəbər verir ki, bunu “Qarabağ” klubunun baş məşqçisi Qurban Qurbanov "Teleqraf"a açıqlamasında deyib.
Qurbanovun sözlərinə görə, braziliyalı futbolçunun komandaya qayıtması üçün hər hansı addım atılmayıb:
“Mən onun "Sevilya"ya getməsini istəyirdim. Amma "Flamenqo" braziliyalı futbolçuların arzuladığı klubdur. Bəlkə də buna görə oranı seçdi”.
