00:00:00
Yazar
Admin User
05.02.2015 12:17 322 1 dəq oxuma
Sosial

Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb

Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.
Jurnalist Ekspert Mərkəzinin rəhbəri tələbələrlə görüşüb

Jurnalist Ekspert Mərkəzinin (JEM) rəhbəri Ceyhun Musaoğlu Bakı Dövlət Universitetinin Jurnalistika fakültəsinin qonağı olub.

Fakültənin IV kurs tələbələri ilə görüşən Ceyhun Musaoğlu müstəqil medianın formalaşması, müasir durumu barədə danışıb.  Xəbəri  jurnalistikanın ən çətin janrı hesab edən C.Musaoğlu jurnalist olmaq istəyən tələbələrin daha çox nəzəriyyə ilə yüklənməsinə diqqət çəkib, jurnalist üçün fikrin dəqiqliyi, obyektivliyi məsələlərinə toxunub. JEM rəhbəri həm də vətəndaş jurnalistikası və onun əskik tərəflərini tələbələrə izah edib.

Görüşdə Ceyhun Musaoğlu fakültə tələbələrinin suallarını dinləyib və ətraflı cavab verib.


#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər