Jurnalistə Kənd Təsərrüfatı nazirliyində vəzifə verilib
O, uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında çalışıb.
Kənd Təsərrüfatı Nazirliyi yanında Aqrar Kredit və İnkişaf Agentliyinin ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri vəzifəsinə təyinat olub.
İnformator.az xəbər verir ki, bu vəzifə "ASAN Radio"da aparıcı-redaktor vəzifəsində çalışan Ruslan Zeynala həvalə edilib.
Xatırladaq ki, o, uzun illər "ASAN Radio"da və bir sıra televiziya kanallarında çalışıb.
