00:00:00
Yazar
Admin User
08.07.2025 10:30 302 1 dəq oxuma
Media

Jurnalistika ixtisasının tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi təklif olunur

Jurnalistika ixtisasının tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi təklif olunur

Jurnalistika ixtisasının adının və tədris proqramının müasir tələblərə uyğun şəkildə yenilənməsi təklif olunur.

 

"İnformator.az" "Report" a istinadəm xəbər verir ki, bunu Əməkdar jurnalist Qulu Məhərrəmli “Medianın inkişafında Ümummilli Lider Heydər Əliyevin rolu” adlı konfrans çərçivəsində baş tutan dəyirmi masada deyib.

 

Onun sözlərinə görə, Jurnalistika fakültəsinə birinci kursda daxil olan tələbələr, adətən, romantik düşüncələrlə gəlirlər: "Lakin bir müddət sonra anlayırlar ki, bu sahədə romantik yanaşmadan uzaqlaşıb reallıqları obyektiv şəkildə çatdırmaq mümkündür". Q.Məhərrəmli təklif edib ki, Jurnalistika ixtisasının adı və tədris proqramı müasir tələblərə uyğun şəkildə yenilənməlidir: "Fənlərin hamısına yenidən baxmaq lazımdır. Bu sahənin sürətlə dəyişməsi, rəqəmsal medianın inkişafı və jurnalistdən gözlənilən bacarıqların artması dəyişikliyi zəruri edir".

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər