00:00:00
Yazar
Admin User
29.04.2022 08:57 850 1 dəq oxuma
Sosial

Jurnalistika tələbələri üçün böyük şans

"ARB24 NewsLAb" təlim proqramı
Jurnalistika tələbələri üçün böyük şans

Bakı Dövlət Universteti ilə "ARB24" TV arasında əməkdaşlıq müqaviləsi imzalanıb. Müqaviləyə görə, BDU Jurnalistika fakültəsinin 10 tələbəsi "ARB24 NewsLAb" təlim proqramında təcrübəyə cəlb ediləcək. Təlimdə iştirak edən tələbələrin 50%-i işlə təmin olunacaq. Tədbirdə Bakı Dövlət Universtetinin professor, müəllim, tələbə heyəti və "ARB24" TV-nin nümayəndələri iştirak edib. BDU-nun rektoru Elçin Babayev bu təcrübə proqramının Jurnalistika fakültəsinin tələbələri üçün əhəmiyyətini xüsusi qeyd edib. "ARB 24 MMC"nin direktoru Radik İsmayılov isə çıxışında bildirib ki, "ARB 24" TV-nin yaradıcı heyətinin əsas hissəsini Bakı Dövlət Universtetinin məzunları təşkil edir. O, həmçinin, bu gün imzalanan müqavilənin tətbiqindən sonra bu sayın daha da artacağını deyib.

Mədinə İlham

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər