00:00:00
Yazar
Admin User
02.11.2023 13:11 427 1 dəq oxuma
Sosial

Jurnalistin öz şəxsi fikirləri cəmiyyətdə çaş-başlıq yaradır.

Jurnalistin öz şəxsi fikirləri cəmiyyətdə çaş-başlıq yaradır.

“Jurnalistlərin işdən kənar, redaksiyaya da qarşı da müəyyən öhdəlikləri olmalıdır. Jurnalistin öz şəxsi mövqeyi bəzən yanlış fikirlərin yaranmasına səbəb olur. Bu hal isə öz növbəsində onun çalışdığı rəsmi orqanın, yaxud redaksiyanın imicinə ciddi şəkildə ziyan vurur”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında tanınmış media eksperti Zeynal Məmmədli söyləyib. Ekspertin sözlərinə görə, jurnalistin şəxsi yazıları ilə, redaksiya fəaliyyəti üst-üstə düşməlidir.

 

“Bir də görürsən yazırlar ki, redaksiyanın mövqeyi müəllifin mövqeyinə uyğun gəlmiyə bilər. Əslində, bu yanlış düşüncədir. Bu cümlədən sanki, insanlar məsuliyyəti üstündən atmaq üçün istifadə edirlər”.

 

Zeynal Məmmədli düşünür ki, jurnalist, öz çalışdığı redaksiyanın qanun-qaydalarına hörmət etməli, jurnalist etikasını qorumalıdır.

 

“Jurnalistin öz şəxsi hesablarındakı fikirləri ilə, onun redaksiyada qələmə aldığı yazıları arasındakı qanunauyğunsuzluq nəticədə hər iki tərəfə də ziyan verir. Oxucu jurnalistə güvənib, onu sosyal şəbəkələrdə yayımladığı yazılarına istinad edə bilər və bu da kifayət qədər düzgün haldır”.

 

Media eksperti deyir ki, jurnalistin öz şəxsi fikirləri cəmiyyətdə çaş-başlıq yaradır.

 

“Jurnalistin mətbuatda başqa, öz şəxsi statuslarında isə bir başqa yazması insanların fikir qarışıqlığına səbəb ola bilər. İctimai şəxs olaraq tanınan insanların, şəxsi həyat çərçivələri də yetəri qədər azalır”.

 

Fidan İbrahimli

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər