00:00:00
Yazar
Admin User
08.10.2019 06:12 505 1 dəq oxuma
Sosial

Köçkün icmasının nümayəndələri hərbçilərlə görüşdü

Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər.
Köçkün icmasının nümayəndələri hərbçilərlə görüşdü

Sumqayıt şəhərindəki 12-ci mikrorayonda məcburi köçkünlər üçün salınmış qəsəbədə fəaliyyət göstərən icma şurasının üzvlərindən bir qrupu Füzuli rayonu ərazisində yerləşən hərbi hissədə olub, burada xidmət keçən əsgər və zabitlərlə görüşüblər. İnformator.az xəbər verir ki, İcma şurasının sədri, Laçın rayonundan olan məcburi köçkün Qəzənfər Hüseynov görüşdə çıxış edərək, müharibədən əziyyət çəkən, doğma yurdundan didərgin düşən insanlara göstərilən hərtərəfli dövlət qayğısı göstərildiyini diqqətə çatdırıb. O, icma şurasının məram və məqsədləri barədə məlumat verib, gənclər arasında vətənpərvərliyin, müstəqil dövlətçilik ideyalarının və sağlam həyat tərzinin təbliğinin qarşıya mühüm vəzifə kimi qoyulduğunu bildirib. İcma şurasının, əsasən, şəhid ailələrinin üzvlərindən, müharibə əlillərindən və veteranlarından təşkil olunduğunu vurğulayan Q.Hüseynov onların ön cəbhədə düşmənlə üz-üzə dayanan hərbçilərimizə mənəvi dəstək verməyə gəldiklərini qeyd edib. Görüşdə çıxış edən Qarabağ müharibəsi veteranları bu gün Azərbaycan ordusunun yüksək döyüş qabiliyyətinə və zəruri maddi-texniki bazaya malik olmasından qürur hissi keçirdiklərini, onların işğal altındakı torpaqları tezliklə azad edəcəklərinə əmin olduqlarını söyləyiblər. İcma şurasının üzvləri hərbi xidmətdə xüsusilə fərqlənən əsgər və zabitlərə hədiyyələr təqdim ediblər. Görüş Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin dəstəyi ilə təşkil edilib.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər