00:00:00
Yazar
Admin User
13.07.2023 09:51 244 3 dəq oxuma
Sosial

Köhnə tikililərin aqibəti necə olacaq?

Köhnə tikililərin aqibəti necə olacaq?

Ölkə ərazisində 1990-cı ildən 2010-cu ilədək tikilib hazır vəziyyətə gətirilən və illərdir içərisində yaşayış olan elə binalar var ki, FHN hələ də onların istismarına icazə verməyib. O binaların tikilişindəki qanun pozuntularını bundan sonra aradan qaldırmaq mümkündümü? Mümkündüsə necə? Deyilsə orda yaşayan insanların sənədsiz mənzillərinin taleyi necə olacaq?

 

2019-cu ilin fevral ayında prezident İlham Əliyevin müvafiq sərəncamı ilə ölkə ərazisində tikintisi başa çatan və yarısından çoxunda yaşayış olan, lakin istismarına icazə verilməyən çoxmənzilli binaların sadələşdirilmiş istismara qəbulu prosesinə başlanılıb. Araşdırmalarla məlum olub ki, respublikada ümumilikdə 475 kompleksdəki tikililərin istifadəsi rəsmi formada təsdiqlənməyib. Həmin binalar Bakının Xətai, Yasamal, Binəqədi, Nərimanov, Nəsimi, Nizami rayonları, Abşeron, Sumqayıt, Gəncə, Lənkaran, Lerikdə yerləşir. Mərtəbə sayları isə 5-dən başlayaraq 20-yə qədər dəyişir. İstismarına icazə verilməyən ən çox bina isə Yasamal və Xətai rayonlarının payına düşür.

 

FHN-in Tikintidə Təhlükəsizliyə Nəzarət Dövlət Agentliyinin rəis müavini Elxan Əsədov bildirir ki, bir il ərzində görülən işlər nəticəsində 408 bina kompleksi istismara qəbul olundu. 8 milyon yarım kvadrat metr yaşayış sahəsi dövlətin artıq nəzarəti altına keçdi, həm də iqtisadi dövriyyəyə daxil oldu. 67 binanın istismarına icazə vermək mümkün olmadı”.

 

Səbəblər müxtəlifdir. Birincisi, həmin binaların əksəriyyətində tikinti norma və qaydalarını təsdiq edən sənədlərin olmaması, ikincisi, sahiblərinin tapılmaması, üçüncüsü isə təhlükə riskinin yüksək olmasıdır.

 

Elxan Əsədov hesab edir ki, bu binaların əsas problemləri yanğın təhlükəsizliyi ilə əlaqəlidir: “Ya orada tüstülənməyən pilləkənlər qoyulmayıb, ya yanğın söndürülməsi üçün lazım olan su həcmləri yoxdur və s. Bəzilərində liftlər qoyulmayıb, bəzilərində su təsərrufatı və ya sınaqdan keçirilməyib. Qüsurların aradan qaldırılması ilə məşğul ola biləcək elə bir şəxs və ya elə bir təşkilat tapılması mümkün olmadı. Apardığımız izahat işləri də heç bir nəticə vermədi”.

 

İstismarına icazə verilməyən binalardan dördü Xətai rayonu Sarayevo küçəsində yerləşir. Tikiliyə nəzər yetirəndə də görmək olur ki, heç bir mənzildə yaşayış yoxdur. 10 mərtəbədən ibarət olan bu binada faktiki olaraq yaşayış olmasa da birinci mərtəbəsində və ya zirzəmisində müxtəlif obyektlər fəaliyyət göstərir. Bununla parallel olaraq boş yerlər də icarəyə verilir, amma bununla bağlı məlumatverici lövhələr var. Maraqlıdır, necə olur ki, istismarına icazə verilməyən bu tikilidə yaşayış olmadığı halda obyektlər fəaliyyət göstərir və ya icarəyə verilir?

 

Əmlak eksperti Ramil Qasımzadə məsələyə belə aydınlıq gətirib: “Bəli, istismarına icazə verilməyib, lakin MTK vətəndaşa satıb. Vətəndaş da görür ki, onun artıq 4 divarı var, hətta onun istismarına icazə verilməsə belə məcburiyyət qarşısında orada yaşamalı olur, çünki artıq pul verib. Bu kimi halların qarşısı alınmalı idi”.

 

Qarşısı vaxtında alınmayan bu problem nəinki təhlükə saçır, həm də insanları müəyyən məsələlərdə çarəsiz vəziyyətə salır.

 

Ramil Qasımzadə deyir ki, həmin binalara Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən çıxarışlar da təqdim olunmayıb: “Yəni həmin binalarda olan mənzillərin alqı-satqısının həyata keçirilməsi mümkün deyil. Bir çox hallarda həmin binlardakı evlər çox ucuz qiymətə təklif olunur”.  

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər