00:00:00
Yazar
Admin User
25.06.2023 16:47 312 1 dəq oxuma
Sosial

Köpək balığının hücumundan son anda qurtuldu

Köpək balığının hücumundan son anda qurtuldu

Amerikada dostları ilə qayığa minən balıqçının köpək balığının hücumuna məruz qaldığı anlar kameraya əks olunub.

 

İnformator.az xarici KİV-ə istinadən xəbər verir ki, Florida ştatındakı Everqleyds Milli Parkında dostları ilə birlikdə qayıq gəzintisinə çıxan balıqçı əllərini yumaq üçün suya tərəf əyilib. Qəfildən peyda olan köpək balığı balıqçını dişləyərək onu bulanıq suya çəkib. 

 

Suya düşən balıqçı ağrıdan qışqırmağa başlayıb. O, vbir qədər sonra cəld hərəkət edərək qayığa qayıtmağı bacarıb.

 

Qeyd edək ki, yaralı balıqçı yaxınlıqdakı xəstəxanaya aparılmazdan əvvəl park mühafizəçiləri tərəfindən ona ilkin tibbi yardım göstərilib. 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər