00:00:00
Yazar
Admin User
10.10.2023 15:42 286 1 dəq oxuma
Sosial

KÜLƏKLİ HAVA ŞƏRAİTİNDƏ HANSI TƏHLÜKƏSİZLİK QAYDALARINA ƏMƏL EDİLMƏLİDİR?

KÜLƏKLİ HAVA ŞƏRAİTİNDƏ HANSI TƏHLÜKƏSİZLİK QAYDALARINA ƏMƏL EDİLMƏLİDİR?

Oktyabrın 11-də gözlənilən hava şəraiti açıqlanıb. Milli Hidrometeorologiya Xidmətindən verilən məlumata görə sabah Bakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı gözlənilir.
Bəzi yerlərdə az yağış yağacağı ehtimalı var. Gündüz yağış fasilələrlə yağacaq. Şimal-şərq küləyi gündüz arabir güclənən şimal-qərb küləyi ilə əvəz olunacaq.

 

Bəs küləkli hava şəraitində hansı təhlükəsizlik qaydalarına əməl olunmalıdır?

 

Təhlükəsizlik üzrə ekspert Rəşad Rza vətəndaşlara tövsiyə edir ki, küləkli hava şəraiti zamanı diqqətli olsunlar. "Küləkli hava şəraitində ağacların altında dayanmayın. Yarım tikili binalara yaxın durmayın. Qapı və pəncərələrinizi örtülü saxlayın".

 

Küləkli havada nəqliyyat vasitələrini sürüşmə, qırılma, aşma ehtimalı yüksək olan yerlərdən kənarda saxlanılmalı, park edərkən qapalı məkanlara üstünlük verilməlidir.
Xüsusilə də avtomobil sürücüləri piyadalara qarşı bu cürə hava şəraitində daha diqqətli olmalıdır.

 

Çinarə Muradova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər