Kürdə su azalıb
Kür çayının Salyan rayonu ərazisindən keçən hissəsində suyun səviyyəsi 1 metrdən aşağı düşüb. Bu, həm də dayanıqlı və üzən su nasoslarının fəaliyyət göstərməsində böyük çətinliklər yaradıb.
İnformator.az xəbəbr verir ki, dayanıqlı su nasoslarının əksər boruları suyun səthindən yuxarıda qalıb. Üzən su nasoslarının məhsuldarlığı da xeyli aşağı düşüb. Nəticə etibarilə proses fermerlərə böyük ziyan vurub. Mütəxəssislərin fikrincə, qısa müddətdə Mingəçevir su anbarından Kür çayına buraxılan suyun həcmini artırmaqla çayda suyun səviyyəsini tənzimləmək mümkündür. Problem həll edilməsə, Kür çayının aşağı axınında vəziyyət kritik həddə çata bilər.
Salyan Suvarma Sistemləri İdarəsinin baş mühəndisi Nazim Nağıyevin sözlərinə görə, rayonda 46 min hektar əkin sahəsinin suvarılmasına Kür çayı üzərində yerləşən 29 nasos stansiyası xidmət göstərir. Hazırda Kür çayında suyun səviyyəsinin həddindən artıq aşağı düşməsi suvarmada çətinliklər yaradıb. Kür çayında artım olduqdan sonra nasos stansiyaları aşağı məhsuldarlıqla işləməli olacaq.
Sayad
