00:00:00
Yazar
Asiman Vəliyeva
16.02.2026 19:42 10 1 dəq oxuma
Dünya

KAAN-ın yeni prototipləri səhnədə

KAAN-ın yeni prototipləri səhnədə

Türkiyənin göz bəbəyi layihələrindən olan KAAN-ın iki yeni prototipi ilk dəfə təqdim olunub. Keçən il havaya qalxan təyyarədən fərqli olaraq hazırlanan bu iki platform ciddi dəyişikliklərə malikdir. Gəlin KAAN-ın yeni prototiplərindəki bəzi yeniliklərə daha yaxından baxaq…

 

Türk müdafiə sənayesinin “Göy Vətən”də baş rol oyunçusu olan KAAN yeni ilə sürətli başlayıb. Keçən il səmaya qalxan ilk prototipdən fərqli olaraq daha iki yeni platform hazırdır. Bu platformalardan biri P1 adlandırılan prototipdir. Layihə çərçivəsində əsas uçuş sınaqları məhz bununla aparılacaq.


İlk dəfə gördüyümüz digər platform isə aviasiya sahəsində “Iron Bird” kimi tanınan təyyarədir. Bunu Azərbaycan dilinə “Dəmir Quş” kimi çevirmək olar. Bu, əslində bir təyyarənin ,xüsusilə, uçuş idarəetmə sistemi başda olmaqla bütün kritik sistem və alt komponentlərinin tam şəkildə sınaqdan keçirildiyi test platformasıdır.

 

TRT Haber
Səadət Əlizadə

#xeber #gundem
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər