00:00:00
Yazar
Admin User
21.08.2023 16:10 391 2 dəq oxuma
Sosial

Kafe və restoranlarda gec saatlarda səsucaldanlarla verilən musiqi - SAKİNLƏRİN HÜQUQLARI NƏLƏRDİR?

Kafe və restoranlarda gec saatlarda səsucaldanlarla verilən musiqi - SAKİNLƏRİN HÜQUQLARI NƏLƏRDİR?

Yay fəsli ilə əlaqədar bəzi açıq havada fəaliyyət göstərən kafe və restoranlarda gecə saatlarında yüksək səslə, səsucaldanlar vasitəsilə musiqilər səslənir. Bu da ətrafdakı yaşayış yerlərindəki sakinləri narahat edir. Bu məsələ son zamanlar sosial şəbəkələrdə tez-tez müzakirə olunur.


Bəs,Azərbaycan Respublikasının qanunlarında bu hal necə tənzimlənir?
Qanunu pozan şəxsləri hansı tədbirlər gözləyir?

 

Azərbaycan Respublikasının Vəkillər Kollegiyasının üzvü Aysel Süleymanova suallarımızı cavablayıb:


"Yaşayış yerlərində, ictimai yerlərdə, kafe və restoranlarda yüksək səslə musiqiyə qulaq asmaq, ətrafdakılar narahat etmək qanunvericiliyin pozulması halıdır. Bu hal Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsinin 521-ci maddəsi ilə tənzimlənir". Həmin maddəni təqdim edirik.


Maddə 521. Məişət səs-küyünə qarşı mübarizə qaydalarının pozulması

Mənzillərdə, yaşayış evlərinin girişlərində və həyətlərində, küçələrdə, istirahət yerlərində və digər ictimai yerlərdə gecə vaxtı saat 24-dən 7-dək səs-küy salmağa, ucadan mahnı oxumağa, musiqi alətlərini ucadan çalmağa, televizorları, radioqəbulediciləri, maqnitofonları və digər aparatları gur səslə oxutmağa, məişət səs-küyünə qarşı mübarizə tələblərini başqa üsulla pozmağa görə- fiziki şəxslər yüz əlli manatdan iki yüz manatadək məbləğdə, vəzifəli şəxslər iki min manatdan iki min beş yüz manatadək məbləğdə cərimə edilir.

 

Vəkil Aysel Süleymanova onu da qeyd edir ki, Bu maddə pozularsa, bununla bağlı "102" nömrəsinə və ya sahə müvəkkilinə müraciət oluna bilər: "Bu halla bağlı İnzibatı Xətalar haqqında protokollaşdırma aparılsın və həmin şəxslərə cəza tətbiq olunsun. Kafe,Restoranlarla bağlı yüksək musiqi iddiası varsa, bu məsələ ilə bağlı ekspertiza təyin olunur və səsin gücü ölçülür, rəy verilir. Səsin gücü normalardan çoxdursa,protokol tərtib olunur".

 

Nəzrin Mirzəyeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər