Kalininqrad NATO-nun ilk hədəfi olacaq - Hoces
Rusiya ilə münaqişə vəziyyətində Kalininqrad NATO-nun ilk hədəfi ola bilər.
"İnformator.az" xəbər verir ki, bunu ABŞ Silahlı Qüvvələrinin Avropadakı keçmiş baş komandanı, istefada olan general Ben Hoces deyib.
“Rusiya hər hansı bir NATO ölkəsinə hücum edərsə, alyans vəziyyətə nəzarəti tez bir zamanda bərpa etməli və özünü yalnız hücum bölgəsi ilə məhdudlaşdırmamalıdır”, - Hoces bildirib.
Onun sözlərinə görə, münaqişə baş verərsə, Qərb Rusiyanın çoxlu sayda silahı, xüsusən də zenit-raket sistemləri və uzaqmənzilli raketlərini zərərsizləşdirmək üçün kiberhücumlar və radioelektron mübarizə vasitələrindən istifadə edə bilər:
“Bundan sonra Kalininqraddakı əsas hədəflərə uzaqmənzilli raket zərbələri endirilə bilər”.
