Kallas: İndi Putin Trampı ələ salıb gülür
“Alyaska və Vaşinqton sammitləri Rusiya lideri Vladimir Putinə tam istədiyini verdi”.
"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, bunu Avropa İttifaqının (Aİ) xarici siyasət xidmətinin rəhbəri Kaya Kallas deyib.
Aİ rəsmisi Putinin ABŞ Prezidenti Donald Trampın Ukrayna və Rusiya arasında sülhə nail olmaq səylərini ələ salıb güldüyünü bildirib.
Kallas hesab edir ki, Trampın Ukraynadakı müharibəni bitirmək səyləri Rusiya liderinə böyük təbliğat qələbəsi qazandırıb:
“Rusiya sülh istəmir. Putin indiyədək verdiyi bütün vədləri yerinə yetirməyib. Alyaska görücü Kreml üçün PR cekpotu oldu”.