00:00:00
Yazar
Admin User
05.10.2025 10:46 189 1 dəq oxuma
İdman

Kamandan oxatma yarışlarına yekun vurulub

Kamandan oxatma yarışlarına yekun vurulub

III MDB Oyunları çərçivəsində Xankəndi şəhərstadionunda keçirilən kamandan oxatma yarışlarına yekun vurulub.

 

"İnformator.az" "Teleqraf"a istinadən xəbər verir ki, oğlanlardan ibarət komandaların yarışında birinci yeri Rusiya, ikinci yeri Qazaxıstan, üçüncü yeri isə Özbəkistan komandası tutub.

 

Qızlardan ibarət komandalar arasında birinci yeri Rusiya, ikinci yeri Özbəkistan, üçüncü yeri isə Belarus komandası qazanıb. Azərbaycan komandası yarışları 4-cü pillədə tamamlayıb.

 

Qarışıq komandaların mübarizəsində isə Belarus birinci, Qazaxıstan ikinci, Rusiya isə üçüncü yerə layiq görülüb.


Fərdi yarışlarda oğlanlar arasında Özbəkistan idmançısı qalib gəlib, Rusiya təmsilçiləri isə ikinci və üçüncü yerləri bölüşüblər. Qızların fərdi yarışlarında birinci yeri Qazaxıstan, ikinci və üçüncü yerləri isə Rusiya oxatanları tutublar.

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər