Kamçatkadakı bu vulkan 500 il sonra yenidən oyanıb
Kamçatkadakı Kraşeninnikov vulkanı 500 ildən sonra ilk dəfə püskürməyə başlayıb.
"İnformator.az" xəbər verir ki, bu barədə bu barədə “Skay Nyus” məlumat yayıb.
Məlumata görə, vulkanın püskürməsi avqustun 2-də baş verib. Bildirilib ki, vulkanın külləri 5-6 km hündürlüyə qalxıb. Alimlər bunun bir neçə gün öncə baş vermiş 8.8 bal gücündəki zəlzələ ilə əlaqələndirirlər. Sonuncu dəfə Kraşennikov vulkanı 1463-cü ildə püskürüb.
