00:00:00
Yazar
Elmira Ağayeva
29.04.2026 17:47 51 1 dəq oxuma
Media

Kamera qarşısında səmimi deyilsinizsə, tamaşaçı bunu hiss edəcək…”-SAMİRƏ MUSTAFAYEVA

 

“Kamera qarşısında səmimi deyilsinizsə, tamaşaçı bunu hiss edəcək…”-SAMİRƏ MUSTAFAYEVA

Teleradio akademiyasında teleaparıcı Samirə Mustafayeva “Xəbərdə zamanı efirin idarə olunması, suflyorla işləmə və improvizasiya bacarıqları” mövzusunda təlim keçdi.

 

Çıxış zamanı aparıcılıqda özgüvənin vacibliyi vurğulandı. Qeyd edildi ki, aparıcı efirə hazırlıqsız çıxmamalı, həm məzmununa, həm də vizual görünüşünə tam əmin olmalıdır:

 

“Özgüvəninizi artırın – aparıcı üçün ən önəmli məsələlərdən biri budur. Xəbərinizi hər zaman bilməlisiniz, vizual görüntünüzdən tam razı qalmalısınız. Necə gəldi prosesə hazırlaşmaq olmaz.”

 

Teleaparıcı tamaşaçı etimadının qazanılmasının önəminə də toxundu. Onun sözlərinə görə, auditoriya səmimiyyəti dərhal hiss edir və bu, aparıcının qəbul olunmasında əsas rol oynayır.

 

O, həmçinin efir zamanı həyəcanın normal olduğunu bildirdi və bunun idarə olunmasının vacibliyini qeyd etdi:

 

“Həyəcan çox normaldır, hamımız insanıq. Önəmli olan onu idarə edə bilməkdir. Əgər səhv etdinizsə, düzəldib davam edin. Tamaşaçı ilə robot kimi deyil, təbii ünsiyyət qurun – kamera səmimiyyəti birbaşa ötürür.”

 

Samirə Mustafayeva vurğuladı ki, hər aparıcı öz fərdi üslubunu formalaşdırmalıdır. Təqlidin uzunmüddətli uğur gətirmədiyi və auditoriya yalnız orijinal təqdimatı qəbul etmədiyi barədə danışıldı.

 

Həmçinin xəbər mətnlərinin keyfiyyətinə toxundu. O bildirdi ki, informasiya sadə, aydın və lakonik təqdim olunmalıdır və mürəkkəb, yüklü mətnlər tamaşaçı tərəfindən qəbul edilmir.

Sonda təlim iştirakçılarının sualları cavablandırıldı.

 

Elmira Ağayeva

 

##AzTv #TeleradioAkademiyası #media #gündəm
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər