00:00:00
Yazar
Səadət Əlizadə
16.06.2026 11:36 16 1 dəq oxuma
Media

Kamran Əliyev Qarsda görüşlər keçirib

Kamran Əliyev Qarsda görüşlər keçirib

Baş prokuror Kamran Əliyevin rəhbərlik etdiyi, tərkibinə Naxçıvan Muxtar Respublikasının prokuroru Sənan Paşayev və Naxçıvan hərbi prokuroru Aqil Axundovun da olduğu nümayəndə heyəti Türkiyə Ali Məhkəməsinin Baş prokuroru Muhsin Şentürkün dəvəti ilə Qars şəhərinə rəsmi səfər edib.

 

"İnformator.az" xəbər veriri ki, bu barədə Baş prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

 

Bildirilib ki, nümayəndə heyəti Ümummilli Lider Heydər Əliyevin şərəfinə Qars şəhərində salınmış parkı ziyarət edib, orada abidəsini önünə gül dəstələri qoyub.

Qars Baş Prokurorluğunda Kamran Əliyevlə türkiyəli həmkarı Muhsin Şentürk arasında baş tutan görüş zamanı qeyd edilib ki, iki dövlət arasında strateji münasibətlər hüquq-mühafizə orqanları arasında əməkdaşlığın da dinamik inkişafına müsbət təsirini göstərir.

#azərbaycan #əliyev #qarsda #yeni #kamran
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər