00:00:00
Yazar
Səadət Əlizadə
03.04.2026 20:00 23 1 dəq oxuma
Media

Kamran Əliyev türkiyəli nazir müavini ilə hüquqi yardım məsələsini müzakirə edib

Kamran Əliyev türkiyəli nazir müavini ilə hüquqi yardım məsələsini müzakirə edib

Azərbaycanın Baş prokuroru Kamran Əliyev Bakıda səfərdə olan Türkiyə Ədliyyə nazirinin müavini Can Tuncayın rəhbərlik etdiyi heyəti qəbul edib.

 

Bu barədə "İnformator.az”a Baş Prokurorluqdan məlumat verilib.

 

Baş prokuror bildirib ki, dövlət başçıları İlham Əliyev və Rəcəb Tayyib Ərdoğanın uzaqgörən xarici siyasəti nəticəsində dövlətlərimiz arasında dostluq və qardaşlıq münasibətləri möhkəmlənib və bu, digər sahələrlə yanaşı, ölkələrimizin hüquq sistemləri və hüquqşünasları arasında əməkdaşlığın daha da inkişaf etməsində mühüm rol oynayır.

Bundan başqa, C. Tuncayı Ədliyyə nazirinin müavini təyin olunması münasibətilə təbrik edərək, daha öncə qurulmuş səmərəli əməkdaşlığın davam edəcəyinə əminliyini bildirib.

#hüquqi #yardım #edib #gündəm #nazir
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər