00:00:00
Yazar
Cavahir Əsgərbəyli
12.06.2026 22:35 72 1 dəq oxuma
İdman

Kanadaya girişə icazə verilmədiyi üçün Partey Qananın Dünya Kubokundakı ilk oyununu buraxacaq

 

 

Kanadaya girişə icazə verilmədiyi üçün Partey Qananın Dünya Kubokundakı ilk oyununu buraxacaq

Qana millisinin yarımmüdafiəçisi Tomas Partey Kanadada keçiriləcək və Torontoda Panama ilə oynanılacaq Dünya Kubokunun ilk matçında iştirak edə bilməyəcək. Buna səbəb onun Kanadaya giriş icazəsinin verilməməsidir.

 

32 yaşlı Partey 2020–2022-ci illər arasında dörd fərqli qadının irəli sürdüyü iddialarla bağlı yeddi zorlama və bir cinsi təcavüz ittihamı ilə üzləşib. O, bütün ittihamlar üzrə özünü təqsirsiz hesab edir.

 

Futbolçu gələn il məhkəmə qarşısına çıxmalıdır. FİFA-nın yaydığı bəyanatda bildirilir ki, hazırda İspaniyanın “Vilyarreal” klubunda çıxış edən və Qananın Boston şəhərindəki təlim-məşq bazasında olan keçmiş “Arsenal” oyunçusu Kanadaya səfər edə bilməyəcək. Buna səbəb onun viza müraciətinin Kanada hökuməti tərəfindən rədd edilməsidir.

 

FİFA əlavə edib: “FİFA ev sahibi ölkələrin immiqrasiya prosedurlarında, o cümlədən viza müraciətlərinin qiymətləndirilməsi prosesində iştirak etmir.”
 

“Viza verilməsi və ölkəyə giriş icazəsi ilə bağlı son qərarı ev sahibi ölkənin hökuməti verir.”

 

Kanada hökumətinin rəsmi qaydalarında qeyd olunur ki: “Əgər siz cinayət törətmisinizsə və ya cinayətə görə məhkum olunmusunuzsa, Kanadaya daxil olmağınıza icazə verilməyə bilər.” Partey bütün ittihamları rədd edib və özünü təqsirsiz bilsə də, onun məhkəmə prosesi hələ qarşıdadır və indiyədək məhkum olunmayıb.

 

BBC NEWS

Cavahir Əsgərbəyli

#xəbər #yeni #ilk #partey
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər