Kanar adalarına yollanan gənclərdən 12 gündür xəbər yoxdur
Mərakeş İnsan Haqları Dərnəyi ölkə rəhbərliyindən 12 gün əvvəl Atlantik okeanında qayıqda itən və hələ də xəbər alınmayan 51 gəncin taleyinin araşdırılmasını istəyib.
İnformator.az TRT Haber-ə istinadən xəbər verir ki, Ataviyadan olan 51 gəncin təxminən 12 gün əvvəl qayıqla Aqadir şəhəri sahillərini keçərək Kanar adalarına keçməyə çalışarkən itdiyi və itkin düşdüyü bildirilib. O zamandan bəri onlardan xəbər alınmayıb.
Açıqlamada övladlarından xəbər ala bilməyən ailələrin hər gün şəhərin mərkəzinə toplaşmalı olduqları bildirilib.
Şəbnəm
