Karib dənizi üzərindən uçuşlara məhdudiyyət aradan qaldırılıb
ABŞ Karib dənizi üzərindən uçuşlara qoyulan məhdudiyyəti aradan qaldırıb.
"İnformator.az" xəbər verir ki, bu barədə ABŞ nəqliyyat naziri Sean Duffi X-da paylaşım edib.
Qeyd edilib ki, ABŞ aviaşirkətləri üçün Venesuelada aparılan əməliyyatlarla əlaqədar Karib dənizi üzərində hava məkanına qoyulan məhdudiyyətlər ləğv edilib.
