Karlsen doqquzuncu dəfə blits üzrə dünya çempionu olub
Norveçli şahmatçı Maqnus Karlsen Qətərin paytaxtı Dohada keçirilən blits üzrə dünya çempionatının qalibi olub.
"İnformator.az" xəbər verir ki, Karlsen finalda Özbəkistandan Nodirbek Abdusattorovu məğlub edib.
Həlletici görüş norveçli şahmatçının 2,5:1,5 hesablı qələbəsi ilə başa çatıb.
Qeyd edək ki, Maqnus Karlsen 9-cu dəfə bu titula yiyələnib.
