Karni Tramp administrasiyasına qarşı çıxışdan sonra kabinetlə toplaşır
Kanadanın Baş naziri Mark Karni ABŞ administrasiyasını tənqid etdiyi Davos çıxışından sonra Parlamentin açılışı ərəfəsində Kvebek şəhərində iki günlük qapalı kabinet iclasına başlayır.
Görüşlərdə iqtisadiyyat, bahalaşma, təhlükəsizlik və ABŞ-lə ticarət münasibətləri əsas müzakirə mövzuları olacaq. Karni çıxışında “köhnə dünya nizamının geri qayıtmayacağını” vurğulayaraq orta güclərin birgə hərəkət etməsinin vacibliyini bildirib.
CBC News
Aişə Mustafayeva
