00:00:00
Yazar
Admin User
04.10.2023 17:58 292 1 dəq oxuma
Sosial

Kart hesablarından xəbərsiz çıxılan pullar

Kart hesablarından xəbərsiz çıxılan pullar

Son günlər insanların bank kartlarından heç bir ödəmə etmədikləri halda pul çıxılması halları tez-tez müşahidə olunur. Müsahibimiz Cəfərova Kəmalə bank hesab məlumatlarını bu günə qədər heç kimlə paylaşmadığını bildiririr. Amma buna rəğmən, kartından 78 manatlıq "Bolt Food"dan sifariş verilib. Bankla əlaqə saxladıqda isə araşdırma aparılacağı deyilsə də, hələ bir nəticə yoxdur.


Bank mütəxəssisi Qoşqar Kərimov qəti şəkildə bildirir ki, kart məlumatları 3-cü şəxsə ötürülmədiyi halda belə bir hal baş verə bilməz.


Məsələnin hüquqi tərəfi ilə bağlı vəkil Ceyhun Məmmədov 'informator.az"a açıqlamasında bildirib ki,  Azərbaycan Respublikasının Konstitusiyasının 13-cü və 29-cu maddəsinin I və II hissələri, Cinayət məcəlləsinin 177.2.3-1-ci maddəsinə görə bu kimi hallar cinayət məsuliyyəti daşıyır. Onun sözlərinə görə ilk növbədə yazılı surətdə banka müraciət edilməlidir. Bankdan alınan cavab sizi qane etmirsə, hüquq mühafizə orqanlarına müraciət edilməli, məsələ polis tərəfindən araşdırılmalıdır.

 

Aynur Babayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər