00:00:00
Yazar
Elmira Ağayeva
26.06.2026 17:55 19 2 dəq oxuma
Sosial

Kart sahiblərinin diqqətinə: Bank kartlarından pul çıxarılması halları

Kart sahiblərinin diqqətinə: Bank kartlarından pul çıxarılması halları

 

Son vaxtlar bəzi vətəndaşların bank kartlarından onların xəbəri olmadan pul silinməsi halları müşahidə olunur.Bu cür hadisələr kart sahibləri arasında narahatlıq yaradıb və baş verənlərin səbəbləri, məsuliyyətin kimə aid olduğu hələ də aydın deyil.

 

Mövzu ilə bağlı vəkil Zibeydə Sadıqova “İnformator.az”a açıqlamasında bildirib ki, bank kartından icazəsiz pul çıxarılması avtomatik olaraq bankın və ya kart sahibinin təqsiri demək deyil:

 

“Məsuliyyət əməliyyatın necə baş verməsi, təhlükəsizlik qaydalarına əməl olunması və aparılan araşdırmanın nəticələri əsasında müəyyən edilir. Əgər əməliyyat kart sahibinin razılığı olmadan həyata keçirilibsə və bank təhlükəsizlik tələblərinə lazımi qaydada əməl etməyibsə, məsuliyyət bankın üzərinə düşə bilər. Lakin araşdırma nəticəsində kart sahibinin kart məlumatlarını və ya birdəfəlik təsdiq kodunu könüllü şəkildə dələduzlara təqdim etdiyi müəyyən olunarsa, bankın məsuliyyəti məhdudlaşa və ya aradan qalxa bilər. Vətəndaş dərhal bankın çağrı mərkəzi ilə əlaqə saxlayaraq kartı bloklatdırmalı, mübahisəli əməliyyat barədə banka rəsmi müraciət etməli və araşdırma tələb etməli və əgər dələduzluq əlamətləri varsa, hüquq-mühafizə orqanlarına müraciət etməlidir. Bankın araşdırmasının nəticəsi ilə razılaşmadıqda, müvafiq  orqana və ya məhkəməyə müraciət etməlidir. Vətəndaşların bank kartlarının kiberhücuma məruz qalmaması üçün banklar təhlükəsizlik sistemlərinin, o cümlədən çoxmərhələli identifikasiya və risk monitorinqi mexanizmlərinin daha da gücləndirilməsi üçün tədbirlər görməlidir. Mütəmadi olaraq kart sahibləri məlumatlandırılmalı və kiberdələduzluq barədə maarifləndirməlidir”.

 

Mələk Hüseynova

#kiberdələduzluq #bankkartları
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər