Kartla ödənişlərin sayı niyə artıb?
Son zamanlar alış-veriş zamanı ödənişi kartla edənlərə daha çox rast gəlinir. Mərkəzi Bankın yaydığı hesabat da göstərir ki, son bir ildə nəğdsiz ödənişlərin sayı 2 dəfə artıb. Sahibkarlar da son vaxtlar kartdan istifadə edənlərin sayının çoxaldığını təsdiqləyirlər. Deyirlər ki, nəğd ödəniş onlara daha əlverişli olsa da alıcını itirməmək üçün onların tələblərinə uyğunlaşırlar.
Ekspertlər isə deyirlər ki, nağdsiz ödənişlərdə müştərilərdən daha çox biznes sahibləri maraqlı olmalıdır. Kartla ödəniş zamanı alıcılara xüsusi təkliflər təqdim edilsə də, bizneslər üçün də üstünlükləri olduqca çoxdur. İqtisadçı Rəşad Həsənov deyir ki, qurumlar və onların subyektləri qeyri-rəsmi ödəniş tələbləri və s. bu kimi təhlükələrdən uzaqlaşmış olur. Onların fəaliyyətini illeqal şəkildə təzyiqlərin edilməsi imkanları məhdudlaşır. İstehlakçı öz istehlak hüquqları üçün də əsaslar yaradır: “Nağdsız şəkildə ödənişlərin edilməsi o deməkdir ki, alış-veriş birbaşa olaraq qeydiyyata düşür. Və sabah hər hansı məhsulun keyfiyyəti ilə bağlı, onun geri qaytarılması ilə bağlı və s. məqamlar yarandığı təqdirdə nağsız şəkildə ödənişin edilməsi sübut sayılır”.
İqtisadçılar onu da qeyd edirlər ki, dünya təcrübəsi ilə müqayisədə Azərbaycanda onlayn ödənişlər bir qədər ləng inkişaf edir. Artıq dünyanın bir çox ölkəsində, Norveç, İsveç kimi inkişaf etmiş ölkələrdə ümumi ödənişlərin 95 faizi nəğd şəkildə həyata keçirilir. Azərbaycanda da bankların son dövrlərdə təqdim etdiyi təkliflər əhalinin nəğdsiz ödənişlərə marağını artıracağı düşünülür.
Lamiyə
