00:00:00
Yazar
Admin User
30.12.2025 14:47 87 1 dəq oxuma
İdman

"Karvan-Yevlax" I Liqa klubundan transferlər

"Karvan-Yevlax" I Liqa klubundan transferlər

Misli Premyer Liqasında mübarizə aparan “Karvan-Yevlax” heyətini gücləndirmək istiqamətində addımlar atmağa davam edir. Klub I Liqa təmsilçisi “Mingəçevir”dən yarımmüdafiəçi Samir Abdullayevi mövsümün sonuna qədər transfer etməyə hazırlaşır. Bununla yanaşı, komanda qış fasiləsində ən azı bir əcnəbi futbolçunu da heyətinə qatmağı planlaşdırır.

 


"Samir Abdullayev çox keyfiyyətli futbolçudur. Onun Misli Premyer Liqası təcrübəsi də var".


Bu sözləri idman jurnalisti Ceyhun Rzayev "İnformator.az"a açıqlamasında deyib. Müsahib qeyd edib ki, o bir neçə il "Səbail"də çıxış edib:


"Çempionata uyğunlaşmaqda çətinlik çəkməyəcək. Bu transfer yəqin ki, "Karvan"a xeyir verəcək. Klub qış fasiləsində əcnəbi transferi ilə hər mövqedə güclənməlidir. Veysəl Rzayev və Abdulla Rzayev transferlərinin baş tutmamasında bəzi səbəblər var. Əsas səbəbin maliyyə olduğunu düşünürəm. Ehtimal edirəm ki, bu şərtlərdə anlaşa bilməyiblər".


Zəhra Möhübbətova

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər