00:00:00
Yazar
Səadət Əlizadə
17.06.2026 20:20 27 1 dəq oxuma
Siyasət

Kazan görüşündə regional məsələlər müzakirə olunacaq

Kazan görüşündə regional məsələlər müzakirə olunacaq


Rusiya Prezidenti Vladimir Putin iyunun 17-də Kazanda Türkiyənin xarici işlər naziri Hakan Fidan ilə görüşəcək. Bu barədə Rusiya Prezidentinin köməkçisi Yuri Uşakov deyib.

 

Mövzu ilə bağlı “İnformator.az”a açıqlamasında politoloq Züriyə Qarayeva bildirib ki, Putin-Fidan görüşü Azərbaycan və Cənubi Qafqaz üçün ilk növbədə Rusiya-Türkiyə koordinasiyasının yenidən aktivləşməsi baxımından əhəmiyyətlidir:


“Fidanın səfər gündəmində Ukrayna, Qara dəniz təhlükəsizliyi və Cənubi Qafqaz məsələlərinin olduğu bildirilir. Bu, Bakı üçün vacibdir, çünki Azərbaycan-Ermənistan sülh prosesi, Zəngəzur dəhlizi, Türkiyə-Ermənistan normallaşması və Rusiyanın regiondakı rolunun yenidən formatlanması eyni masada müzakirə oluna bilər. Ankara burada həm Azərbaycanın maraqlarını nəzərə alan regional oyunçu, həm də Moskva ilə danışa bilən NATO üzvü kimi çıxış edir.  

Enerji və təbii qaz əməkdaşlığının müzakirəsi də mümkündür, çünki Rusiya-Türkiyə münasibətlərində enerji həmişə əsas strateji başlıqlardan biri olub. Qara dənizdə təhlükəsizlik, enerji infrastrukturu və nəqliyyat xətlərinin qorunması məsələsi Fidanın Moskva gündəmində ayrıca vurğulanır. Kazan seçimi isə diplomatik baxımdan simvolikdir: bu, Moskvanın görüşü yalnız paytaxt diplomatiyası kimi deyil, Rusiya daxilində türk-müsəlman kimliyinə malik Tatarıstan üzərindən də təqdim etmək istədiyini göstərir. Yəni Kazan məkanı Rusiya-Türkiyə dialoquna həm siyasi, həm də mədəni-coğrafi mesaj qatır”.

 

Səadət Əlizadə

#regional #olunacaq #məsələlər #yeni #baki
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər