Keçmiş MİT zabiti Kaşif Kozinoğlunun məzarı açılacaq
Türkiyədə 2011-ci ildə həbsxanada vəfat edən Milli Kəşfiyyat Təşkilatının (MİT) keçmiş əməkdaşı Kaşif Kozinoğlunun ölüm səbəbinin dəqiq müəyyənləşdirilməsi üçün məzarının açılmasına qərar verilib.
Silivri Baş Prokurorluğunun qərarına əsasən, eksqumasiya sentyabrın 11-də ekspert qrupunun nəzarəti altında həyata keçiriləcək.
Araşdırma zamanı götürülən nümunələr, təhlükəsizlik kamerası görüntüləri, təcili yardım qeydləri və digər sənədlər birlikdə qiymətləndiriləcək. Yoxlamalardan sonra Kozinoğlunun ölüm səbəbi və hadisədə üçüncü şəxslərin iştirak edib-etmədiyi ilə bağlı yekun rəy hazırlanacaq.
TRT Haber
Aişə Mustafayeva