Kim Çen In nüvə proqramını gücləndirəcəyini bəyan edib
Şimali Koreya lideri Kim Çen In çərşənbə günü ölkəsinin nüvə silahı proqramını gücləndirəcəyinə söz verib və gecə keçirilən hərbi paradda iştirak edib. Dövlət mediasının məlumatına görə paytaxt Pxenyanda Kim İr Sen meydanında təxminən 14 min hərbçi yürüş edib. Əsgərlər işıqlandırılmış meydanda addımlayarkən, qırıcı təyyarələr səmada uçub.
Kimin yeniyetmə qızı Ju Ae olduğu güman edilən şəxs yenə də atasının yanında paradda ön planda görünüb. Lakin Cənubi Koreyada onun varis kimi hazırlandığı barədə iddialara baxmayaraq, beş ildən bir keçirilən hakim partiya qurultayının sonunda onunla bağlı yeni rəsmi titul elan edilməyib.
CNN News
Ədilə Hüseynzadə
