00:00:00
Yazar
Admin User
17.07.2023 15:59 254 1 dəq oxuma
Sosial

Kiminə görə ana ürəyidi Vətən, kiminə görə ata cəsarəti - Musa Hüseynli yazır

Kiminə görə ana ürəyidi Vətən, kiminə görə ata cəsarəti - Musa Hüseynli yazır

 

Demək olar ki, hər kəs yaşadığı torpağı ailəsinə, sevdiklərinə, yaxınlarına görə sevər. Bu yolda da vətəni qoruyar, ona zərər gəlməsin deyə canından belə keçməyə hazır olar.

 

Fədakar olmağı hər birimiz ailəmizdən öyrənirik. Onlar necə ki, bizim üçün xeyirli olan hər şeyi etməyə hazır olduqları kimi biz də ailəmiz və yaşadığımız torpaq üçün layiqli fərd olmağa çalışırıq.

 

Hər birimiz Vətən anlayışını müxtəlif cür başa düşür.

 

Kiminə görə ana ürəyidi Vətən. O ürək ki, orda dualara bürünmüş biz varıq. O ürək ki, bizlərə sevginin, şəfqətin və mərhəmətin nə olduğunu öyrətdi.

 

Ata сəsarətidi Vətən. O cəsarət ki, bizə həyatda dik durmağı öyrətdi. O cəsarət ki,bizə ailəmizi, sevdiklərimizi və ANA Vətənimizi qorumağı öyrətdi.

 

Torpağın bizə verdikləridi Vətən. O sərvətlər ki, bizi zənginləşdirib gözəlləşdirir.

 

Vətən torpağın bizə verdiklərinə qarşı ona xidmət etməkdir. Vətən namusdu və namusun qeyrətini çəkməkdi Vətən.

 

Bunlardı, bunlardan daha artığıdı Vətən. Fikrimcə bütün sevgilərin başında bu sevgi dayanır. Çünki öz Vətənini sevməyən şəxsin sevgisi olmaz.

 

Bu şanlı yolda uğurla getmək üçün inam lazımdır. Sevginin qalib gəlməsi üçün inam lazımdır. Sevgi və inam bir yerdə olanda bütün olar.

 

Sevgi ilə inam bayrağın üstündəki ay və ulduza bənzər.Onlardan biri olmasa OLMAZ.

 

 

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər