00:00:00
Yazar
Admin User
10.11.2023 12:44 463 2 dəq oxuma
Sosial

Kimlərin kredit borcu silinəcək?

Kimlərin kredit borcu silinəcək?

"Vətəndaşlar öz götürdükləri kreditləri həmişə ödəyəcəklər. Yəni, burada güzəşt gözləməsinlər ki, onlar kredit götürüb, bunu da dövlət ödəyəcək. Belə bir məsələ heç vaxt olmayıb. Düşünürəm ki, gələcəkdə də olmayacaq".

 

Bu sözləri informator.az-a açıqlamasında iqtisadçı-ekspert Xalid Kərimli söyləyib.

 

“2016-2017-ci illərdə beş min dollara qədər kredit götürən şəxslər develvasiyadan xüsusi çətinlik çəkdilər. Devalvasiya ilk dəfə baş tuturdu deyə, ona reaksiya verə bilmədilər. Bu isə təkcə, vətəndaşın günahı deyildi. Eyni zamanda burada banklarda da günah var idi ki, onlar kimə gəldi dollar krediti verirdilər. Vətəndaş da anlamayıb riskə gedirdi. Dövlət isə burada müəyyən güzəştlər etdi, devalvasiya xərclərini üzərinə götürdü və sildi".

 

Xalid Kərimli qeyd edir ki, indiki vaxt üçün bənzər güzəştlər nəzərdə tutulmur.

 

"İndiki dövrdə isə oxşar hal nəzərdə tutulmur. Sadəcə müharibə zamanı şəhid olan, əmək qabiliyyətini itirən şəxslər var ki, onlar kredit götürən zaman bu vəziyyət yaranacağını güman etmirdi. Buna görə də, həmin şəxslər dövlət üçün güzəştli kateqoriyada olar bilərlər. Yəni, həmin şəxslərin kreditlərinin silinməsindən söhbət gedə bilər".

 

İqtisadiyyatçı bildirib ki, bu halları idarə etmək üçün dövlət müəyyən bir büdcə də ayırıb.

 

“Bu hallara reaksiya vermək üçün səhv etmirəmsə, dövlət büdcəsində 1.7 milyon manatlıq ehtiyat yaradılıb. Bu isə hamıya aid deyil. Məsələn, əlil insanlar gedib kredit götürürsə, bu güzəşt onlara aid deyil. Kredit götürərkən sağlam idisə, amma sonradan əmək qabiliyyətini itiribsə, sadəcə sosial müavinətdən asılıdırsa, bu zaman güzəşt oluna bilər".

 

Aydan İsayeva

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər