Kir Starmer Böyük Britaniyanın Aİ bazarları ilə daha yaxınlaşa biləcəyini bildirib
Baş nazir Kir Starmer bildirib ki, Böyük Britaniya milli maraqlara uyğun olduğu halda Avropa İttifaqı bazarları ilə daha sıx uyğunlaşmaya gedə bilər. O, ABŞ və Hindistanla bağlanmış ticarət sazişlərini qorumaq üçün gömrük ittifaqındansa vahid bazara yaxınlaşmağın daha məqsədə uyğun olduğunu deyib.
Bununla belə Starmer Aİ-nin vahid bazarına və gömrük ittifaqına yenidən qoşulmaq, eləcə də sərbəst hərəkətə qayıtmaqla bağlı seçki vədlərinin qüvvədə qaldığını vurğulayıb. Onun açıqlamaları Böyük Britaniyanın Avropa ilə münasibətləri geniş sahələrdə dərinləşdirmək niyyətində olduğuna dair ən açıq siqnal kimi qiymətləndirilir.
Bbc News
Ədilə Hüseynzadə
