00:00:00
Yazar
Admin User
13.11.2023 14:57 694 2 dəq oxuma
Sosial

Kişi müəllimlər ailəsini dolandıra bilmədiyi üçün məktəbi tərk edir

Kişi müəllimlər ailəsini dolandıra bilmədiyi üçün məktəbi tərk edir

“Təssüflər olsun ki, rayonlardan əhalinin sürətlə Bakı və Bakı ətrafına köçməsi təhsil sahəsində də problemlərin yaranmasına gətirib çıxarıb. Xüsusilə Bakıda çoxmərtəbəli binaların tikintisi, burada əhalinin daha sıx məskunlaşmasına və bu da öz növbəsində şəhərin bütün infrastrukturuna təsirsiz qalmayıb”.

 

Bu sözləri İnformator.az-a açıqlamasında təhsil eksperti Cahid İmanlı söyləyib.

 

“Bakı və Bakı ətrafı məktəblərdə şagird sıxlığı artıq bir neçə onilliyin problemidir. İş ondadır ki, dövlətin maliyyəsi yeni məktəblər tikməyə imkan versə də, bu məktəbləri tikməyə faktiki olaraq yer yoxdur”.

 

Ekspert təklif edir ki, müvafiq qurumlar bu məsələni diqqətdə saxlamalı və gec olmadan müfaviq tədbirlər görməlidirlər.

 

“Əks halda yaxın gələcəkdə bunun ciddi fəsadları ola bilər. Müəllimlərin əmək haqqı orta aylıq əmək haqqından və yaşayış minimumundan xeyli yüksək olsa da, ümumilikdə hələ ki qənaətbəxş deyil”.

 

Ekspert düşünür ki, əməkhaqqının az olmasının mənfi cəhətlərindən biri tədricən kişi müəllimlərin təhsil sahəsindən uzaqlaşmasıdır.

 

“90-cı illərdən bəri orta məktəb maaşı ilə ailəsini dolandıra bilməyən kişi müəllimlər məktəbi tərk edərək başqa sahələrə üz tutub. Dövlət müəllimlərin əmək haqlarını qaldırmaqla yanaşı, onları kommunal ödənişlərindən azad etməklə də sosial rifahını yaxşılaşdıra bilər”.

 

Cahid İmanlı sonda qeyd edir ki;

 

“Müəllimlərin əmək haqları qaneedicidirmi sualına cavab vermək üçün ən azından onların əmək haqqını özəl təhsil sistemi ilə müqayisə etmək lazımdır”.

 

Həcər Əmiraslanlı

#haber #gündem #yeni
Paylaş:

Şərhlər (0)

Oxşar Xəbərlər