KİV: İran uranın zənginləşdirilməsini dayandırmağa hazır olduğunu bildirib
İran hakimiyyəti uran zənginləşdirməsini dayandırmaq və ehtiyatlarının bir hissəsini ixrac etmək niyyətində olduğunu bildirib.
“İnformator.az” “Teleqraf”a istinadən xəbər verir ki, bu barədə "The Wall Street Journal " (WSJ) diplomatik mənbələrə istinadən məlumat yayıb.
Nəşrin məlumatına görə, İran rəsmiləri regional tərəfdaşlarla müzakirələrdə uranın zənginləşdirilməsini üç ilə qədər dayandırmaq barədə razılığa gələ biləcəklərini qeyd ediblər. Bundan əlavə, Tehran ehtiyatlarının bir hissəsini "Rusiya kimi üçüncü tərəfə" ötürmək ehtimalını mümkün hesab edib.
